Leysan olan gün evdən qaçıblarmış - Aygünün atası danışdı - VİDEO

Bakının Maştağa qəsəbəsində dayıqızı-bibiqızı - Hüseynova Aygün Bəhram qızı və Hüseynova Reyhan Elşən qızı itkin düşüb.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisənin təfərrüatı barədə danışıb.
Onun sözlərinə görə, yeniyetmələr leysan olan gün qaçıblar:
“Bacımgil bizə qonaq gəlmişdilər. Qızı mənim qızıma gizlincə telefon verib. Bacım bunu biləndə telefonu ondan alıb. Qızım isə bibisinə yalvarıb ki, bu barədə mənə heç nə deməsin. Oturub çay içirdik. Birdən oğlum dedi ki, uşaq yoxdur. Mənim qorxumdan, leysan olan gün qaçıb gediblər. Hər yerə müraciət etmişik, elə bir yer qalmayıb ki, axtarmayaq. Bu günə kimi hələ də xəbər yoxdur. Fikirləşirəm ki, birdən gedib özünü öldürər və ya qaçıb gizlənər. Ağlıma hər şey gəlir. Mən qızımı 9-cu sinifdən məktəbdən çıxarmışam. O, nə park sevərdi, nə küçə. 16 yaşı var, sevdiyi olsa, mən bilərdim”.
Ətraflı süjeti təqdim edirik:
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












