Masazırda yolun çökməsi saatlarla tıxac yaratdı - VİDEO

Uzunmüddətli tıxac yaranır, sürücülər saatlarla gözləyirlər... Yolun çökməsi sürücülərə əlavə problem yaradıb.
Avtosfer.az xəbər verir ki, görüntülər Abşeron rayonu, Masazır qəsəbəsindəndir.
Sürücülərin sözlərinə görə, xüsusilə Masazır dairəsi istiqamətində hərəkət zamanı uzunmüddətli tıxac yaranır. Buna səbəb isə yolun sağ hissəsində bir müddətdir çökmənin baş verməsidir.
Sürücülər avtomobillərinin çökən hissəyə düşməməsi üçün məcburən yolun soluna çıxırlar. Bu zaman qarşı istiqamətdən gələn nəqliyyat vasitələrinin hərəkəti də çətinləşir və nəticədə yolda sıxlıq daha da artır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, iki gün ərzində əraziyə qəza-bərpa xidməti göndəriləcək və yolun çökmüş hissələrinin təmiri həyata keçiriləcək.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












