Maşın açarına görə babasını qayçı ilə vuran nəvəyə hökm oxundu

Abşeron Rayon Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Dəmir Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az pravda.az-a istinadən xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 15 aprel 2024-cü il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindəki evlərin birində qeydə alınıb.
Belə ki, Dəmir Quliyev babası, zərərçəkmiş Fikrət Quliyev (şərti) evdə özünə məxsus “Hyundai Accent” markalı avtomobilin açarını axtarıb. Bu zaman zərərçəkmiş açarın nəvəsində olduğunu düşünüb və bu barədə Dəmirə irad bildirib. Sonra onların arasında mübahisə yaranıb. Dəmir isə mübahisə əsnasında əsəbiləşib dolabın üzərində olan qayçını götürərək Fikrət Quliyevə bir zərbə endirib.
Hadisədən sonra Dəmir Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












