Maşın Bakıda ola-ola Kürdəmirdə radara düşdü - FOTO

Sürücü Pəhlivan Mehdiyev radara düşüb. Daha doğrusu, ona idarə etdiyi avtomobilin radara düşməsi barədə MMX protokol göndərilib. Lakin sürücü bununla razılaşmır. Çünki radara düşən avtomobil ona məxsus deyil. Pəhlivan Mehdiyev baş verənlərlə bağlı Avtosfer.az-a bildirib ki, 16.06.2016-cı il tarixdə idarə etdiyi 90-FV-787 qeydiyyat nişanlı «Kia Picanto» markalı avtomobillə Bakı şəhərində hərəkətdə olarkən Kürdəmirdə radara düşüb: «Elektron kabinet»imə elektron protokol gəldi ki, guya Bakı-Qazax yolunda radara düşmüşəm. Hansı ki, qeyd etdiyim avtomobil Bakı şəhərindən kənara çıxmır. Fotoşəkilə baxdıqda gördüm ki, radara düşən 90-FM-787 qeydiyyat nişanlı «Hyundai Veracruz» markalı avtomobildir. Sadəcə olaraq, xüsusi texniki vasitə avtomobilin qeydiyyat nişanındakı "M" hərfini "V" hərfi ilə səhv salaraq protokolu mənim adıma tərtib edib. Ertəsi gün Baş Dövlət Yol Polisi İdarəsinə getdim, problemi söyləyən kimi dərhal protokolu ləğv elədilər. Buna görə də DYP-yə təşəkkür edirəm».
Emin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ














