Mərkəzi Asiya ilə Çin arasında yeni multimodal marşrutun açılışı olub

İşıqlandırma avadanlığı, mexaniki məhsullar və istehlak malları ilə yüklənmiş yarımqoşquları daşıyan 7 ağır yük maşını Kaşqar stansiyasından Çin-Qırğızıstan sərhədinə doğru yola düşüb. Konvoy Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan yeni multimodal marşrutunun açılışı ilə bağlı təntənəli mərasimdən sonra yola salınıb. Avtosfer.az “Kabar” informasiya agentliyinə istinadla xəbər verir ki, yüklər Sian və Çenqdudan Kaşqara dəmir yolu ilə daşınır, daha sonra avtomobil yolu ilə Oş şəhərinə çatır və orada Türkmənbaşı limanındakı dəmir yolu platformalarına yenidən yüklənir. Sonra konteynerlər Xəzər dənizi vasitəsilə İran, Azərbaycan və Rusiyaya daşınacaq. Mərasimdə çıxış edən Çin Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamentinin rəhbəri Cai Tuanjie qeyd edib: “Avropa bazarlarına yüklərin çatdırılmasını asanlaşdıracaq yeni marşrut Cənubi Asiya və Yaxın Şərqə də çıxış açacaq”.
Onun sözlərinə görə, bu layihə “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsinə töhfə olacaq və iştirakçı ölkələr arasında yükdaşımalarının inkişafına təkan verəcək.
Marşrut çatdırılma müddətlərinin qısalmasına imkan verir ki, bu da onu yükdaşımalarının artırılması üçün perspektivli edir. Bu marşrutun işə salınması Mərkəzi Asiya-Çin-Avropa arasında yükdaşımalarını diversifikasiya etmək məqsədi daşıyır, həmçinin Orta Dəhliz boyunca tranzit potensialının inkişaf etdirilməsi planının bir hissəsidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












