Müasir Bakının orta əsrlər səviyyəsindəki yolları - VİDEO

Avtosfer.az xəbər verir ki, bu barədə Bakının Xəzər rayonunun sakinləri milli.az-a müraciət edərək rayonun Binə qəsəbəsində Kərim Abdulov küçəsinin və "Atçılıq sovxozu" deyilən ərazidə Atçılıq-Badam Bağları yolunun bərbad vəziyyətdə olduğundan şikayət ediblər. Sakinlərin sözlərinə görə, payız-qış mövzsümündə bu yollar keçilməz hala gəlir. Uşaqların məktəbə getməsi çətinləşir, avtomobillər yollarda yararsız hala düşür, hətta təcili yardım maşınları belə əraziyə gəlib xəstəyə vaxtında yardıma çatmaqda çətinlik çəkirlər.
Məsələ ilə bağlı "Azəryolservis" ASC-dən bildiriblər ki, adıçəkilən yollar onların balansında deyil. Binə qəsəbəsi bələdiyyəsinin sədri Habil Həmidov bildirib ki, yolda su və palçığın yığılması orada çirkab suların axması üçün kanalizasiya xəttinin olmaması ilə bağlıdır. Bələdiyyə sədrinin sözlərinə görə, yol dəfələrlə təmir olunub, lakin orada kommunikasiya xətlərinin çəkilişi ilə bağlı yolun tam təmiri ləngiyir. Həmin küçənin dövlət proqramı çərçivəsində təmir olunması nəzərdə tutulur. Hələlik isə daxili imkanlar hesabına bir daha təmir işləri aparılacaq. Rayondakı yolların vəziyyətinə aydınlıq gətirilməsi üçün Xəzər Rayon İcra Hakimiyyəti ilə isə əlaqə qurmaq cəhdlərimiz boşa çıxdı.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












