Mübariz Mənsimov istintaqa cəlb edildi - Qanunsuz maliyyə axınında şübhəli bilinir

Türkiyədə Küçükçekmece Baş Prokurorluğu tərəfindən "Ekol TV"nin maliyyə mənbələrinə dair başladılan istintaq çərçivəsində kanalın qanunsuz mərc və çirkli pulların yuyulması fəaliyyəti ilə əlaqəli olduğu iddiaları araşdırılır.
Avtosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, gizli saxlanılan şahidin ifadələri və daxil olan məlumatlar əsasında aparılan yoxlamalar zamanı "Ekol TV"nin bağlanma qərarından sonra şirkətin ofisinin Kağıthane rayonuna köçürüldüyü müəyyən edilib.
Ünvan dəyişikliyinə görə iş üzrə icraat dayandırılıb və dosye İstanbul Baş Prokurorluğuna göndərilib.
İstintaq materiallarında bir gizli şahid və 12 şübhəlinin yer aldığı bildirilir. Şübhəlilər arasında Veysel Şahin (əsas şübhəli), Mübariz Mənsimov ("Palmali"nin sahibi - red.), "Ekol TV"nin İdarə Heyətinin sədri Emrah Doğru, İdarə Heyətinin üzvü Arif Çətin və vəkil Ersan Şen də var.
Məlumata görə, istintaq "cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması" və "maliyyə pozuntuları" maddələri üzrə davam etdirilir. Maliyyə Cinayətlərini Araşdırma Şurasından (MASAK) tələb olunan hesabatın kanalın kapital axını və strukturunu üzə çıxaracağı gözlənilir.
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












