Naxçıvanda 50 abidənin pasportu hazırlanır

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işlərinə başlanılıb.
Bu barədə Avtosfer.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Bu məqsədlə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri Naxçıvan Muxtar Respublikasına ezam edilib. Görülən işlər çərçivəsində abidələrin dəqiq memarlıq ölçmə cizgiləri hazırlanacaq, mövcud vəziyyəti qeydə alınacaq, fotofiksasiya aparılacaq, coğrafi koordinatları müəyyən ediləcək, tarixi arayışları tərtib olunacaq, arxiv materialları araşdırılacaq və digər zəruri tədbirlər həyata keçiriləcək.
Pasportların hazırlanması “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq icra edilir.
Pasportlaşdırılacaq abidələr arasında Naxçıvan şəhərində yerləşən Möminə Xatun (1186–1187) və Yusif ibn Kuseyir (1161–1162) türbələri, İsmayılxan hamamı (XVIII əsr), Ordubad şəhərindəki Buzxana, Came məscidi və Mədrəsə (XVIII əsr), Culfa rayonunda Gülüstan türbəsi (XIII əsr) və Xanəgah memarlıq kompleksi, Kəngərli rayonunda Qarabağlar Memarlıq Kompleksi (XII–XIV əsrlər) kimi dünya və ölkə əhəmiyyətli memarlıq nümunələri də yer alır.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 8 iyul tarixli Qərarı ilə “Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları” və “Daşınmaz abidələrin pasportunun nümunəvi forması” təsdiqlənib. Qərara uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, təsdiqlənmiş yeni forma əsasında Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən 50 tarix və mədəniyyət abidəsinin pasportu hazırlanacaqdır.
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU












