Nişanı götürdülər; hər gün yüzlərlə sürücü bilmədən qayda pozur - FOTO

Ötən ay Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Yevlax rayonundan keçən hissəsində Səmədabad kəndinə ayrılan yolda 2.4 nişanının tərsinə qoyulması barədə məlumat vermişdik. Məsələ ilə bağlı «Azəravtoyol» ASC-dən dərhal reaksiya verildi və bildirildi ki, artıq nişanı düzəldiblər. Lakin dünən əməkdaşımız Gəncə şəhərindən qayıdarkən görüb ki həmin problemi aradan qaldırmaq əvəzinə daha da böyük problem yaradıblar. Belə ki, 2.4 – «Yol ver» nişanını həmin yerdən çıxarıblar. Bu isə o deməkdir ki, həmin yolayrıcında 2.4 nişanı olmadığına görə Bakı-Qazax yolu ilə hərəkət edən sürücülər sağdan, yəni Səmədabad kəndindən gələn nəqliyyat vasiətlərinə yol verməlidirlər. Belə vəziyyətdə aidiyyatı orqanlara bir sual ünvanlamaq istəyirik: "90 km/saat sürət təşkil olunmuş yolda hərəkət edən sürücü sağdan gələnlərə necə yol versin?".
Bu, birbaşa qəza və ölüm deməkdir. Qaş düzəltdikləri yerdə vurub göz çıxarırlar. Və düzünə gedən sürücülərə bildirmək istəyirik ki, bu vəziyyətdə yol polisi sizi saxlayıb 60 manat-3 bal cərimə yaza bilər. Bu vəziyyət dərhal həllini tapmalıdır.
Nişanlarla bağlı fotoları Avtosfer.az-a göndərən Tamerlan Cəfərova belə bir məsələyə diqqət yetirdiyi üçün təşəkkür edirik!
Emin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ















