"O maşını yandıraram, amma..." - Lətafət Ələkbərova

Aparıcı Lətafət Ələkbərovanın başına iş gəlib. Avtosfer.az axşam.az-a istinadən bildirir ki, kreditlə avtomobil alan aparıcıya bank hədə-qorxu gəlib. Əməkdaşımızla söhbətində L.Ələkbərova məhkəməyə müraciət etdiyini deyib: "2013-cü ildə kreditlə avtomobil almışdım. Qiyməti 18 900 manat idi. Bank isə götürüb onu dollarla yazıb. Bu günə kimi mən 25 min manat ödəmişəm. İndi bank məndən əl çəkmir ki, borcu 1,5 ilə ödəməlisən. Bu da ayda 1200 manat pul edir. Bank deyir ki, mənə hələ bundan sonra 10 min manata qədər borcun var. 18 900 manatlıq maşın mənə 35 min manata gəlib çıxır. Buna görə məhkəməyə müraciət etmişəm. Yorulmuşam bankın əlindən. Müqaviləni vəkilə göstərəndə şok oldu. Müqavilədə bu hissəni çox xırda yazıblar ki, oxumaq mümkün olmasın. Beləcə müştərini aldadırlar. Əgər dərinə getsəm, hələ bankın mənə borcu var. O maşını yandıraram, amma banka vermərəm. Mən onsuz da yanmışam".
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












