Oktyabrın 2-si ilə bağlı XƏBƏRDARLIQ - Hər kəsə təsir edəcək!

Cəmi bir neçə gündən sonra Yerdə geomaqnit həyəcanlanmasının baş verəcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Böyük Britaniya Geoloji Xidməti xəbərdarlıq edib.
Məlumata görə, sentyabrın 28-də Günəşdə planetimizə tərəf yönəlmiş tac kütləsinin püskürməsi qeydə alınıb.
Mütəxəssislərin proqnozuna əsasən, aparılan təhlillər bu püskürmənin böyük ehtimalla oktyabrın 2-si radələrində Yerin maqnit sahəsinə çatacağını göstərir.
Məhz bu dövrdə "G1" sinfinə aid geomaqnit fırtınasının baş verəcəyi gözlənilir.

"G1" səviyyəli maqnit fırtınası zəif geomaqnit həyəcanlanmalarına aid edilsə də, onun təsiri yalnız kosmik sistemlərlə məhdudlaşmır. Belə aktivlik zamanı peyk rabitəsi, naviqasiya və radiosistemlərin işində kiçik axsamalar yarana bilər. Yüksək enliklərdə isə qütb parıltısının müşahidə olunması mümkündür.
İnsanların böyük əksəriyyəti üçün "G1" fırtınası ciddi təhlükə törətmir. Bununla belə, geomaqnit aktivliyinin yüksəldiyi günlərdə mütəxəssislər adəti yuxu rejimini qorumağı, kifayət qədər dincəlməyi, bol su qəbul etməyi və orqanizmi həddindən artıq yormamağı tövsiyə edirlər.
Meteohəssas və səhhətində dalğalanmalar olan şəxslər öz vəziyyətlərinə daha diqqətlə yanaşmalıdırlar. Kəskin və ya qeyri-adi simptomlar yarandıqda, bunu yalnız maqnit fırtınası ilə əlaqələndirməmək və vaxtında həkimə müraciət etmək məsləhət görülür.\\musavat.com
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












