On ikinci mərtəbədən yıxılan yeniyetmə evə buraxıldı - FOTO

Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün komatoz vəziyyətdə (koma) qalan balaca Eldar evə buraxılıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, 01.10.2024-cü il tarixində saat 14:00 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə xəstəxanaya çatdırılan 2013-cü il təvəllüdlü oğlan zamanında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb.
"Tibb müəssisəsinin Təcili Yardım şöbəsinə yerləşdirilən azyaşlıya ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağ tərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyünün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib. 14 gün ərzində tibb müəssisəsinin Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicəsi aparılan azyaşlı koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas edildikdən sonra müalicəsi tibb müəssisəsinin Neyrotravma şöbəsində davam etdirilib. Həmçinin, 1 həftə öncə Abşeron Rayon Mərkəzi Xəstəxasının üz-çənə cərrahı, həkim Xəyal Aşurəliyev tərəfindən alt çənə sınıqlarının osteosintezi əməliyyatı icra edilib. O, təbiblərimizin inamı və mübarizəsi nəticəsində sağlamlığına qovuşub və vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb".

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












