Oxucu şübhə edir: Qanun hamı üçündür? - FOTO

Bakı sakinlərindən biri milli.az-a məktubla müraciət edərək bir neçə gün əvvəl Post Patrul Xidməti avtomobilinin paytaxtın Tbilisi prospektində, otellərdən birinin qarşısında yol hərəkəti qaydalarını kobudcasına pozduğunu, lakin Dövlət Yol Polisi əməkdaşlarının buna göz yumduğunun şahidi olduğunu bildirib: "Şəkillərdən gördüyünüz kimi, Post Patrul Xidməti (PPX) "90-AP-166" dövlət qeydiyyat nişanlı avtomobili yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət edir. DYP-nin lap yaxında olan "99-YP-504" dövlət qeydiyyat nişanlı olan avtomobilində olan əməkdaşları da bunu görür, amma heç nə etmirdilər. Onları müşahidə etdim. DYP və PPX avtomobilləri yanaşı dayanıb təxminən 15 dəqiqə rahatca söhbət etdilər və yolun ortasında qalmaqla digər avtomobillərin də hərəkətinə mane oldular. Mən çox şahidi olmuşam və öz başıma da gəlib ki, bu istiqamətdə avtomobilini adicə 1 metr arxaya sürəndə həmin dəqiqə gəlib cərimə yazlrlar ki, bəs qanunu pozmusuz. Qanun hamı üçündür. Əgər belədirsə, polislər də onu pozmamalıdır. Pozanlar isə cəzalanmalıdırlar".
PPX-nin qanunu pozub-pozmadığı məsələsini şərh edən yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, konkret bu halda qəti fikir söyləmək düzgün deyil: "Düzdür, qanun hamı üçündür və hər kəs, o cümlədən də polislər qanun çərçivəsində hərəkət etməlidir. Amma hansısa müstəsna hal ola, məsələn, hansısa şübhəli şəxsin cinayət təqibi ola bilər ki, o zaman PPX avtomobili yol hərəkəti qaydalarını pozmaq məcburiyyətində qalsın. Amma konkret olaraq indiki halda DYP və PPX əməkdaşlarının dayanıb bir-biri ilə nə barədə söhbət etdiklərini bilmirik. Əgər araşdırılma aparılsa və müəyyən olunsa ki, onların söhbəti məhz dediyimiz o istisna hallarla bağlıdır, onda bu şikayətin əsası heçə enmiş olur. Amma əminəm ki, bu məsələ müvafiq qurumlar tərəfindən araşdırılacaq və əgər polis əməkdaşlarının hərəkətində hər hansı hüquqpozma elementi varsa, müvafiq qaydada qərar veriləcək".
Ekspert qeyd edib ki, əgər vətəndaşlar həqiqətən də polislərin yol hərəkəti qaydalarını və digər qanun pozuntularına yol vermələri halları ilə rastlaşarlarsa və ya hesab edərlərsə ki, polis qanun pozuntusuna yol verib, yaxud da kiminsə hüquqlarını pozub, o zaman müvafiq hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edə və əlindəki bunu sübuta yetirə biləcək materialları ora təqdim edə bilərlər: "Mən dəfələrlə şahidi olmuşam ki, belə şeylər olanda, DYP rəhbərliyi həmin məsələni xüsusi nəzarətə götürür və araşdırır. Əgər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də inzibati xəta törədilirsə, onlar da buna görə inzibati qaydada məsuliyyətə cəlb edilir, bəzi hallarda isə hətta işdən kənarlaşdırılırlar".

Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi









