Paytaxtda növbəti təmizlik işləri aparıldı - FOTO

Payız mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, oktyabrın 4-də paytaxtda növbəti dəfə təmizlik işləri aparılıb.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından başlayaraq bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də məhəllədaxili və ara yollar da yuyulub.
Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Mövsümlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, qurumuş budaqları budanıb, qabaqlayıcı tədbirlər olaraq xəstə ağaclar götürülüb, onların yerinə yeni, iqliməuyğun ağacların əkilməsi aparılır. Həmçinin gün ərzində paytaxtın müxtəlif yerlərində 400 ədəd Çezalpiniya gül kolu əlilib.
Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən növbəti təmizlik işləri Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz tövhəsini verib.
Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunmasıüçün tələb olunan bütün tədbirlər bütün il ərzində davam etdiriləcək.








Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












