Paytaxtın küçələri yenidən yuyuldu - FOTO

Yay mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən avqustun 9-da paytaxtda növbəti dəfə təmizlik işləri aparılıb.
Avtosfer.az xəbər verir ki, son vaxtlarda havaların kəskin isti keçməsi ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, qabaqlayıcı tədbirlər olaraq xəstə ağaclar götürülüb.
Bütün bunlar isti havalarda yaşıllıqların qurumasının qarşısını alır.
İsti havaları nəzərə alaraq, Mərkəzi Nəbatat Bağında iməcilik tədbirləri həyata keçirilib. Burada ağaclara aqrotexniki qulluq göstərilib, qurumuş budaqlar kəsilib, ağacların dibi bellənib. Ümumi istifadə olunan yollar yuyulub, təmizlik işləri həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından başlayaraq bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də məhəllədaxili və ara yollar da yuyulub. Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Cari işlər çərçivəsində bağ ərazisində ağaclarda yayıla biləcək müxtəlif xəstəliklər, inseksid və funqisidlərə qarşı mütəmadi olaraq dezinfeksiya işləri aparılmaqdadır.
Qeyd edək ki, istifadə olunan dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən növbəti təmizlik işləri Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz tövhəsini verib. Ən əsası isə odur ki, şəhərin təmizliyi və gözəlliyi paytaxta gələn çoxsaylı qonaqlar tərəfindən də yüksək qiymətləndirilib, onlar Bakının gözəlliyinə və təmizliyinə valeh olduqlarını bildiriblər.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










