Polis sürücünün gözünə işıq saldı, maşın camışla toqquşdu - FOTO

Avqustun 10-dan 11-nə keçən gecə, təxminən 00.15 radələrində Şamil Şahbazov idarə etdiyi «KIA Cerato» marakalı, 90 XR 734 dövlət nömrə nişanlı avtomobillə Astara rayonunun Kəldəhnə kəndi yolunda qəzaya düşüb. Qəza zamanı maşında olan azyaşlı uşaqlar yüngül xəsarətlər alıblar. Hadisənin maraqlı tərəfi odur ki, avtomobil gecə yarısı yolda nəzarətsiz vəziyyətdə hərəkət edən camışlarla toqquşub. İşin ən pis tərəfi isə odur ki, sürücü qəzaya polis əməkdaşının səbəb olduğunu deyir. Hadisə barədə Avtosfer.az-a məlumat verən Şamil Şahbazov bildirdi ki, ailəsi ilə birlikdə Astara istiqamətində hərəkətdə olarkən onunla qarşı-qarşıya gələn 90 AU 393 dövlət nömrə nişanlı Post-Patrul Xidməti avtomobilinin uzaq işıqları onun gözünü qamaşdırıb. Qəza da buna görə baş verib: «Polis maşını mənə yaxınlaşanda qəflətən uzaq işıqları yandı. Nə qədər xəbərdarlıq eləsəm də, işığı söndürmədilər. Bu anda qarşı tərəfi görə bilmədim. Sürəti azaldıb avtomobili saxlamağa çalışsam da, bir də baxdım ki, maşın camışlara dəyib dayandı. Gecə vaxtı heyvanlar sahibsiz halda yolun ortasında gəzişirdilər. Maşının güzgüsü sındı, qabaq şüşəsi çatladı. Qəzadan sonra polis maşını dönüb geri qayıtdı, polislər bizə yaxınlaşdılar. Biri mülkü geyimdə idi. Onlara iradımı bildirdim. Dedim, niyə belə edirsiniz? Sizin ucbatınızdan başımıza nələr gəldi, arxada uşaqlar yıxılıb əzildilər. Onlar dərhal qaçdılar. Maşında uşaqların xəsarət aldığını görsələr də, bizi köməksiz halda qoyub qaçdılar. Mən 102-yə zəng etdim, amma düşə bilmədim. Astara rayon Polis İdarəsinə üz tutdum. Burada da məni bir-birinin üstünə atdılar. Sonra da dedilər ki, sabah gələrsən. Şükür ki, salamatçılıqdır, sadəcə uşaqlar əzilib və qorxublar».
Elmin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ














