Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək - SƏBƏB

Xarici işlər naziri Ceyhun Bayramov isə Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək.
Oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.
Qeyd edək ki, oktyabrın 30-da Bakıda tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının final oyunu və rəsmi bağlanış mərasimi keçiriləcək. Dövlət başçısının mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycan Respublikasını xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Eyni zamanda, Zirvə görüşü çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri fəal iştirak edəcəklər.
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












