Prospektdə keçidin eskalatoru sıradan çıxdı, nəticədə... - Şikayət

Tbilisi prospektində yerüstü keçidin eskalatorlarının xeyli vaxtdır işləməməsi Alatava qəsəbə sakinlərini narahat edir. Avtosfer.az xəbər verir ki, bu barədə Cəvahir Süleymanova adlı sakin teleqraf.com-a bildirib ki, eskalatorların işləməməsi qəza hadisəsinə də səbəb olub: “İşçilərə müraciət edirik ki, eskalatorlar niyə düzəlmir? Bildirirlər ki, Çin istehsalıdır, tez xarab olur. Eskalatorlar işləmədiyi üçün məcbur qalıb prospekti maşınların arasından keçirik. Prospektin bu yerində bircə market var, o da yolun digər hissəsindədir. Hər gün bu yolu keçməyə məcburuq. Maşın yolunda sürət həddi yüksəkdir. Bu yaxınlarda bir nəfəri yolu keçərkən maşın vurdu”.
Məsələ ilə bağlı “Azəravtoyol” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Teleqraf.com-a açıqlama verib. Anar Nəcəfli Tbilisi prospektindəki keçiddə bir müddətdir müəyyən problemlər yarandığını təsdiqləyib: “Eskalatorların ehtiyat hissəsi ölkəmizə xaricdən gətirilir. Sifariş verilib, yaxın günlərdə həmin hissələr gəlməlidir. Ehtiyat hissələri gətirilən kimi məsələ həll olunacaq. Təəssüf ki, eskalatorlar və onların ehtiyat hissələri Azərbaycanda istehsal olunmur. Bu səbəbdən bu cür problemlər yaranır”.
Anar Nəcəflinin sözlərinə görə, Bakı şəhərində 80-dən artıq yeraltı və yerüstü piyada keçidi var: “Onların da əksəriyyətində eskalatorlar var və onlar işlək mexanizm olduğu üçün zaman-zaman hansısa hissəsi sıradan çıxır. Bu, normal haldır. Təmiri mümkün olan eskalatorlarda problem dərhal aradan qaldırılır”.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












