“Pulu ödəməsəm, uşağımı girov götürəcəklər” - Kimə müraciət edəcəyini bilmir

“Qohumum dedi ki, pulu ödəməsəm, uşağımı girov götürəcək”. Avtosfer.az xəbər verir ki, bu sözləri Şamaxı rayonu Dağ Göylər kənd sakini Zamin Bəşirov “qafqazinfo”ya müraciətində deyib. Hazırki vəziyyətinin çətin olduğunu söyləyən Z.Bəşirov bankdan aldığı kreditləri ödəyə bilmədiyini bildirib: “Övladım ağır astma xəstəsidir, hər şeyimi satmışam, artıq tükənmişəm, müalicə etdirə bilmirəm, bank da evimi əlimdən alır. Dərmanlar həftəlik 50-70 manat tutur. Uşağımın əməliyyatı üçün indiyə kimi 32 min manat kredit götürmüşəm. Onların bir neçəsi qohumlarımın adınadır. Bacardığımı ödəyirəm, ancaq hazırda gücüm çatmır. Bir qohumum da deyib ki, pulu ödəməsəm, uşağımı girov götürəcək, çarəsizəm”.
Z.Bəşirovun sözlərinə görə 2011-ci ildə oğlu Nurlan anadan olarkən həkimlər onu əlindən salıb. Başında problem yarandığına görə iki dəfə baş beyin əməliyyatı keçirib. Daha sonra uşaqda astma xəstəliyi aşkar edilib: “Bu xəstəlik bizdə irsidir. Uşaq hazırda aparatdan asılı vəziyyətdədir. Xəstəxanalarda uşağı minimum 10 gün yatızdırmaq 300-500 manata başa gəlir. Uşaq iki aydan bir yatmalıdır, yoxsa vəziyyəti pisləşir. Mal-qaramı satdım. İndi isə işsiz qalmışam. Bütün texnikamı satmışam. Əvvəllər kənddə mal-qara, əkin-biçinlə birtəhər dolanırdıq. AGBank-ın pulunu ödəyə bilmirəm. Evimi girov qoymuşdum. İndi bank mənə 3 ay vaxt verib. Əgər ödəməsəm evimi əlimdən alacaqlar. Sosial müavinət də ala bilmirəm, çünki banka borcluyam. Şamaxı Rayon İcra Hakimiyyətindən də mənə deyiblər ki, bizlik deyil. Artıq kimə müraciət edəcəyimi bilmirəm”.
Qeyd edək ki, Z.Bəşirovun həyat yoldaşında da yaddaş pozğunluğu var və xəstəlik vaxt ötdükcə şiddətlənir.

Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












