“Qanuni oğru” aləminin üzvü kimi axtarılan şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları “qanuni oğru” aləminin üzvlüyündə ittiham olunan və axtarışda olan, “Paipura” ləqəbli şəxsi saxlayıblar.
Avtosfer.az Gürcüstan mediasına istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, həmin şəxs barəsində 15 aprel 2026-cı il tarixindən qiyabi şəkildə cinayət təqibi başlanılıb və o, axtarışa verilib. Şübhəli Tbilisi şəhərində saxlanılıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs vətəndaşlar arasında yaranan maliyyə mübahisələrinin həllində iştirak edib. O, keçirilən yığıncaqlarda “qanuni oğru” ənənələrinə uyğun qərarlar qəbul edərək tərəflərdən birinin xeyrinə digər tərəfə müəyyən müddət ərzində pul ödəməyi tapşırıb.
Bundan əlavə, məlum olub ki, şübhəli şəxs “oğru razborkası” təşkil edib və burada bir vətəndaşın biznes fəaliyyətindən pay şəklində iri məbləğdə vəsait əldə etmək qərarı verilib. Həmin vəsaitin bir hissəsinin xaricdə olan “qanuni oğrular” arasında bölüşdürülməsi, qalan hissəsinin isə onun tərəfindən mənimsənilməsi planlaşdırılıb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 223-cü prima maddəsi ilə aparılır. Bu maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












