Qazaxıstanda yaşayan vətəndaş Bakıda radara düşdü - FOTO

Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşı Rəşad Əlizadə Bakıda radara düşüb. Özü də, onun barəsində tətbiq edilən cərimə artıq sistemə vurulub. Lakin işin ən maraqlı tərəfi budur ki, Rəşad Əlizadənin qayda pozduğu iddia olunan 99 GX 207 nömrə nişanlı avtomobildən xəbəri yoxdur. Bu barədə Avtosfer.az-a məlumat verən sürücü bildirib ki, uzun zamandır Azərbaycanda yoxdur və son 4 ay ərzində ümumiyyətlə, Azərbaycanda olmayıb: "Bu gün maraq üçün Daxili İşlər Nazirliyinin saytındakı "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar"-ı yoxlayarkən gördüm ki, guya 04.07.2016 tarixində 99 GX 207 nömrəli avtomobillə qayda pozduğum üçün 4 bal və 54 manat cərimə olunmuşam.
Uzun illərdir xaricdə yaşayıram, demək olar hər gün maşın sürürəm və heç bir qayda pozuntusu etməmişəm. Lakin Qazaxstanda yaşamağıma baxmayaraq Qazaxstanda olduğum dönəmdə tanımadığım və bilmədiyim maşınla cərimələnməyim mənə çox təəcüblü gəldi. Xarici pasportum vasitəsilə həmən vaxt Azərbaycanda olmamağımı sübut etmək üçün əlimdə əsas var".
Rəşad Əlizadə onu da bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın Qazaxıstandakı səfirliyi vasitəsilə Dövlət Yol Polisi İdarəsini məhkəməyə vermək qərarına gəlib. "Bu cərimə bu ay yazılıb. Mənsə 4 aydır Bakıda yoxam. Və ən əsası da 99 GX 207 nömrəli maşını tanımıram. Keçmiş maşınım olsa, bu, mümkündür. Amma bu maşınla heç bir əlaqəm yoxdur".
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ














