Qəzaya düşən sürücü nazirə üz tutdu - FOTOLAR

Masazır qəsəbə sakini Avtosfer.az-a müraciət edib. Qəsəbə sakini Ruslan Ağamirzə oğlu Mustafayev bildirir ki, mayın 1-də Səbael rayonu Badamdar qəsəbəsi ərazisində qəzaya düşüb. Belə ki, şikayətçinin idarə etdiyi 99 GZ 069 dövlət nömrə nişanlı "Hyundai Elantra" markalı avtomobili 10 EO 180 dövlət nömrə nişanlı "Daewo Espero" markalı avtomobil tərəfindən vurulub. Hadisə zamanı sürücü hadisə yerindən qaçsa da əraziyə gələn Yol Patrul Xidmətinin əmkdaşları hər iki maşını cərmə meydançasına aparıb: “Əraziyə gələn 99 YP 281 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan YPX əməkdaşları hər iki avtomobili cərimə meydançasına apardı. Yop polisi əməkdaşları sürücünün hadisə yerindən qaçmasını onun içkili halda avtomobil idarə etməsi ilə əlaqələndirdilər. Səbael rayon Polis İdarəsinə dəvət olunduqdan sonra Elşən adlı polis kapitanı işi öz icraatına götürdü. Aradan bu qədər zaman keçməsinə baxmayaraq, inspektor heç bir iş görməyib və məni süründürməçiliyə salıb”.
Ruslan Mustafayev hadisə ilə bağlı daxili işlər naziri Ramil Usubova da məktubla mürciət edib. R.Mustafayev bu günə qədər ona dəymiş ziyanın ödənilmədiyini və bu iş üzrə heç bir addım atılmadığını bildirir.
İnspektorla əlaqə saxlamağa çalışsaq da telefonarımıza cavab vermədi.
Heydər
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ














