Radara «Ford» düşdü, cəriməni «Mercedes»ə yazdılar - FOTO

«Ford» markalı, 99 GC 967 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 60 km/saat sürət həddi tətbiq olunan ərazidə 87 ilə radara düşüb. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən elektron protokol tərtib olunub. Lakin protokol «Ford»un yox, «Mercedes» markalı, 99 GC 962 dövlət nömrə nişanlı avtomobilin sürücüsünə göndərilib.
Görünür, ya kameralarda problem var, ya da bu protokolu zərfə qoyub ünvana göndərərkən diqqətlə baxmırlar ki, həm avtomobillərin modeli uyğun gəlmir, həm də qayda pozanın dövlət nömrə nişanı 967 olduğu halda, cərimə 962-yə göndərilib. Maraqlısı odur ki, rəqəm səhvi başadüşülən olduğu halda, fotoda «Ford» yazısı diqqətdən yayınıb. «Ford» hara, «Mercedes» hara?
İndi belə çıxır ki, sürücü məsələni aydınlaşdırmaq üçün işini-gücünü atıb DYP şöbələrinə üz tutmalı, ərizə yazmalı, vaxt itirməli və gözləməlidir ki, bu protokolu düzgün ünvana göndərsinlər. Hansı ki, bu protokolu zərfə qoyub ünvana göndərəndə diqqətlə baxmaq kifayət edər…
Elməddin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ














