Rusiya DİN-in sürücülük vəsiqəsi xəbərdarlığı – BİZƏ AİDİYYƏTİ VARMI?

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi sürücülük vəsiqələri ilə bağlı növbəti xəbərdarlıq yayıb.
Avtosfer.az xəbər verir ki, nazirlik bu dəfə Rusiya vətəndaşlığı və ya bu ölkədə yaşamaq üçün icazə alanların sürücülük hüququna dair məsələləri aydınlaşdırıb.
Qurumdan bildirilib ki, Federasiyada vətəndaşlıq və ya yaşamaq üçün icazə alanlar bir il ərzində sürücülük vəsiqələrini yeniləməlidirlər. Prosedur 2024-cü ilin aprelində qüvvəyə minən qanun əsasında həyata keçirilir. Bir illik müddət ölkəyə giriş tarixindən deyil, vətəndaşlıq və ya yaşamaq üçün icazə alınan tarixdən hesablanır.
1 aprel 2024-cü ilədək xaricdə vəsiqə almış şəxslər sadələşmiş qaydada – imtahan vermədən vəsiqələrini dəyişə bilərlər. Bu güzəşt 1 aprel 2025-ci ildə qüvvədən düşəcək. Bunsan sonra vəsiqəni dəyişmək üçün B kateqoriyası üzrə yalnız nəzəri imtahan veriləcək. C, D və E kateqoriyalarına sahib sürücülər isə yenidən oxuyaraq digər Rusiya vətəndaşları kimi imtahan verməli olacaqlar.
Azərbaycanlılara gəlincə, vətəndaşlıq və ya yaşamaq üçün icazə alanlar bu qaydalara əməl etməlidir. Rusiyaya qısa müddətli səfər edənlər və ya bu ölkəyə yük daşıyan Azərbaycan vətəndaşları (yük avtomobili sürücüləri) üçün qərarın heç bir aidiyyəti yoxdur. Hər 2 ölkə Vyana konvensiyasına qoşulduğu üçün sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınır.
Vüqar Yaşaroğlu
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












