Reklam

Sahibkar yol polisindən Prezidentə şikayət etdi – 10 min dollar yoxa çıxıb

Xəbərlər 18 Yanvar 2016 15:29 Oxunub 7253
Sahibkar yol polisindən Prezidentə şikayət etdi – 10 min dollar yoxa çıxıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Bizi incidənləri cəzalandırın, 10 min dollarımın qaytarılmasına kömək edin» 

Göyçay rayonu Potu kənd sakini, kiçik sahibkar, şəhid ailəsi Məmmədov Elxan Şəmil oğlu tərəfindən mia.az-a şikayət məktubu daxil olub. O, Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova yazdığı müraciətində ölkədə sahibkarlara yaradılan şəraitdən razılıq eləsə də, rayonun yol polislərindən dad edib: "Diqqətinizə çatdırıram ki, 14 noyabr 2015-ci il tarixdə işçim Tural Xudaverdiyev iş vaxtının qurtarması ilə əlaqədar obyektimdə işləyən işçiləri evlərinə düşürmək üçün mənə məxsus olan avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən, Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişov heç bir əsaslı səbəb olmadan avtomobili saxlayıblar. Avtomobili saxlayan Tural Xudaverdiyev vəziyyəti ona izah edərək saxlanmasını səbəbini soruşub. DYPB-nin əməkdaşı Pənah İbişov maşının sənədlərini tələb etdikdə işçim Tural Xudaverdiyev sənədlərin iş yerində olduğunu, daha doğrusu məndə olduğunu bildirərək, sənədləri təqdim etmək üçün vaxt verməsini bildirib. Ancaq YPX-nın inspektoru bununla razılaşmayaraq Ənvər Əliyevin göstərişinə əsasən mülkiyyətimdə olan avtomobili mühafizə olunan duracağa aparıb. Bu zaman avtomobili işçim Tural Xudaverdiyevin idarə etməsinə icazə verilməyib, hal şahidlərinin, o cümlədən işçimin iştirakı ilə akt tərtib edilmədən, avtomobildə hansı əşyaların olmasını müəyyən etmədən, duracağa qəbul edilib. Halbuki, həmin vaxt avtomobildə sahibkarlıq fəaliyyətimi inkişaf etdirmək məqsədilə Məmmədov Emin Telman oğluna satdığım avtomobilin pulu - 10 min dollar olub. Həmin pulun məndə mövcud olmasını təsdiq edən bank qəbzi də var. Bu günədək həm avtomobilimdən, həm də 10000 ABŞ dollarından məhrum olmuşam. Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişov haqqında müxtəlif instansiyalara müraciət etdikdən sonra, mənə və işçilərimə təzyiqlər göstərməyə başlayıblar”. 

Sahibkar yazır ki, 16 noyabr 2015-ci il tarixdıı Pənah İbişov obyektə gələrək, Tural Xudaverdiyevə aktı imzalamağı, imza etmədiyi təqdirdə məcburi şəkildə polis şöbəsinə aparılacağını bildirib: "Bundan başqa Göyçay rayon Polis şöbəsinin əməkdaşı Şahin adlı şəxs 050 379-37-21 saylı mobil telefon nömrəsi ilə Tural Xudaverdiyevə zəng edərək, polis şöbəsinə çağırıb. Belə yollarla rəis Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişovun qanunsuz əməllərini ört-basdır eləmək, iştirakımız və xəbərimiz olmadan, inzibati xəta haqqında tərtib olunan protokollar və aktlara qanuni don geyindirməyə çalışıblar. Halbuki, həmin protokollarda və aktda qeyd edilənlər həqiqəti əks etdirmir. Elə buna görə də ölkə rəhbərliyinə müraciiət elədim. 12 dekabr 2015-ci il tarixdə etdiyim bu müraciətimdən sonra Baş Dövlət Yol Polis İdarəsindən mənə zəng edilərək, idarənin rəisi Ramiz Zeynalovun qəbula çağırdılar. 05 yanvar 2016-cı ildə sevinə-sevinə bu qarlı-çovğunlu gündə Bakı şəhərinə Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalovun qəbuluna getdim. Ümüd edirdim ki, haqlı şikayətimə baxan tapıldı. Lakin sevincim çox çəkmədi. İdarədə ilk əvvəl qarşılayan Ərəstun Məcidov dinləmədən, mənə hədə-qorxu gələrək polis əməkdaşlarına şər atdığımı bildirib, məni Ramiz Zeynalovun qəbuluna apardı. Heç demə Ərəstun Məcidovun mənə dediyi sözlər muştuluqçu imiş. Polis general – mayoru Ramiz Zeynalovun qəbuluna girər-girməz mənə «nə demaqoluq edirsən? Belə şikayətlərinə görə Səni 10 il basdıraram içəri. Polisdən yazanın aqibətinin necə olduğunu bilmirsən?», - deyə, hədələdi. Ona hüquq və haqlarımı tələb etdiyimi, Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Ənvər Əliyev, onun işçiləri Aqil Qasımov və Pənah İbişov mənim hüquqlarımı tapdaladığını bildirdim". 

Şikayətçi polis generalı tərəfindən hədələndiyindən qorxuya düşdüyünü, maşınını hələ də dayancaqda qalması səbəbindən şərlənəcəyi ehtimalı olduğunu da istisna etməyərək, ölkə rəhbərliyindən ətrafında yaşananlara müdailə etdiyini xahiş edib: "Xahiş edirəm, bizi incidənləri cəzalandırın, 10 min dollarımın qaytarılmasına kömək edin”.

Yazıda adı hallanan tərəflərin mövqeyini də dərc etməyə hazırıq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh