Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...

Azərbaycanda avtomobil yollarının istismarı sahəsində fəaliyyət göstərən daha 25 MMC-nin ləğv prosesinə başladığını elan etməsi yol təsərrüfatının idarə olunması və mövcud strukturun gələcəyi ilə bağlı suallar yaradıb. Ləğv barədə elan verən şirkətlərin Bakıdan tutmuş ölkənin müxtəlif bölgələrinədək geniş coğrafiyanı əhatə etməsi bu prosesin miqyasına diqqət çəkir.
Bəs uzun illər avtomobil yollarının saxlanılması və təmiri ilə məşğul olan bu qurumların ləğvi hansı zərurətdən irəli gəlir? Onların funksiyaları hansı qurumlara və ya strukturlara ötürüləcək? Bu dəyişiklik yolların təmirinə, saxlanılmasına və xidmət keyfiyyətinə necə təsir göstərəcək?

Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Musavat.com-a açıqlamasında yol istismarı sahəsində fəaliyyət göstərən MMC-lərin ləğvi və idarəetmənin vahid mərkəzdən həyata keçirilməsi zəruri islahat olduğunu bildirib:
“Bu müəssisələrin əksəriyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədovun dövründə yaradılıb və dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə şərait yaradıb. Burada, təbii ki, islahatların aparılması qaçılmazdır. Bu sahənin vahid mərkəzdən idarə olunması yaxşı haldır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədov bu MMC-lərin əksəriyyətini, sadəcə, özü üçün gəlir mənbəyi kimi yaratmışdı və həmin müəssisələrdə milyonlarla vəsait mənimsənilirdi. Yəqin ki, Hesablama Palatası və digər aidiyyəti qurumlar yoxlamalar aparıblar. Nəticədə məlum olub ki, bu idarələrin saxlanılması və onların daxilində baş verən proseslər dövlət üçün əlavə yükdür, maliyyə itkilərinə və vəsaitlərin mənimsənilməsinə səbəb olur. Ona görə də aidiyyəti qurumlarla razılaşdırılmış qaydada bu müəssisələrin ləğvinə qərar verilir. Bu, tamamilə doğru prosesdir. Saleh Məmmədovun özünün formalaşdırdığı bir struktur idi və əslində, belə bir struktura ehtiyac yox idi”.
Ekspert əlavə edib:
“İndiki rəhbərlik də yəqin ki, vəziyyəti düzgün qiymətləndirir. Əlavə dövlət vəsaitlərinin xərclənməsi, maliyyə itkilərinin yaranması artıq ciddi narahatlıq doğurur. Bunun qarşısını almaq üçün müəyyən addımlar atılır. Bu o demək deyil ki, bütün müəssisələr bir ay ərzində ləğv ediləcək. Sadəcə, təkmilləşdirmə işləri aparılır, normal və vahid mərkəzdən idarəetmə sistemi formalaşdırılır. Hazırda haradasa yol təmir olunursa, güman edirəm ki, aidiyyəti üzrə regional idarələr yaradılacaq. Məsələn, Gəncə, Cənub, Şimal, Qərb, Şimal-Qərb bölgələri, eləcə də işğaldan azad olunmuş ərazilər üzrə müəyyən strukturlar formalaşdırıla bilər. Bu qurumlar mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərəcəklər. Yoxsa hər rayon üçün ayrıca bir idarə yaratmağa ehtiyac yoxdur. Saleh Məmmədovun dövründə o qədər yerli şöbə yaradılmışdı ki, bəlkə də polisin belə bu qədər idarəsi və təşkilatı yoxdur”.
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ












