Şəmşad Ağa həbs edildi

"Meydan TV işi" üzrə saxlanılan "Arqument.az" saytının rəhbəri Şəmşad Ağa barəsində həbs-qətimkan tədbiri seçilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Şəmşad Ağa iki ay bir gün müddətə həbs edilib.
Qeyd edək ki, o, qaçaqmalçılıqda ittiham olunur.
Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları - Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.
Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












