Banner

“Siqnal” İdarəsi svetoforlarda baş verən nasazlıqları aradan qaldırdı - VİDEO

Xəbərlər 5 Fevral 2025 12:11 Oxunub 636
“Siqnal” İdarəsi  svetoforlarda baş verən nasazlıqları aradan qaldırdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Siqnal” İdarəsi regionlarda svetoforların fəaliyyətini nəzarətdə saxlayır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, regionların inzibati ərazilərində quraşdırılmış svetoforların normal işləməsi, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

İdarənin aidiyyəti qurumları tərəfindən bu dəfə Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Cəlilabadda svetofor obyektlərinə texniki qulluq göstərilib, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

Təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış svetoforların iş rejimi xüsusi nəzarətdə saxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh