Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verildi

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2024 – 2025-ci illər ərzində 1373 hüquqi və fiziki şəxsin 173 544 ədəd avadanlığa icazə üçün müraciətinə baxıb.
Avtosfer.az xəbər verir ki, bunlardan 452 şəxs “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan müxtəlif markalı və modelli 6970 avadanlığa xüsusi icazə verilməsi ilə bağlı müraciət edib.
342 müraciət üzrə 4960 avadanlığın mülki dövriyyəsi üçün xüsusi icazə verilib.
87 müraciət üzrə 368 avadanlığa qanunvericiliyə uyğun tələb edilən sənədlər təqdim olunmadığı üçün icazə verilməyib.
19 müraciət üzrə 43 avadanlığın mülki dövriyyəsinə xüsusi icazə tələb olunmadığına dair ərizəçilərə məktub göndərilib.
Bununla yanaşı, 2024 – 2025-ci illər ərzində 166 574 avadanlığın idxalına görə 921 müraciət qeydə alınıb. 162 831 avadanlığın idxalı üçün 847 müraciət qanunauyğun cavablandırılıb.
3 737 avadanlığın idxalına dair daxil olmuş 71 müraciət üzrə ərizəçilərə tələb olunan sənədlərin təqdim edilməsi bildirilib.
Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA “Radioelektron vasitələrə verilən icazələr” elektron xidmətini (https://e-permission.icta.az) istifadəyə verib. Elektron xidmətin tətbiqi ilə müraciətlər daha sürətli və effektiv cavablandırılıb.
Həmçinin 2025-ci ilin yanvar – dekabr aylarında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə əsasən sürətli poçt xidməti üçün 283 müraciət üzrə təqdim olunan ərizələrə əlavə edilən sənədlərdəki məlumatların uyğunluğu qiymətləndirilib.
Nəticədə 278 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib.
Digər 5 müraciətlə bağlı isə müsbət rəy verilməyib.
Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.
Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaq
Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi










