Standartlaşma Komitəsi SOCAR-ı "təmiz çıxardı"

“SOCAR Petroleum”a məxsus yanacaqdoldurma məntəqələrində (YDM) sayğacın düzgün işləmədiyi və avtomobillərin yanacaq çəninə tutumundan artıq həcmdə yanacaq vurulması ilə əlaqədar şikayətlər əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlamalar aparılıb. Bunu “Report”a “SOCAR Petroleum” QSC-nin mətbuat xidmətindən bildirilib: "Lakin yoxlama zamanı heç bir pozuntu aşkar edilməyib". Qurumun açıqlamasına görə, bir müddət öncə YDM-lərlə bağlı şirkətə iki müraciət daxil olub və heç biri təsdiqini tapmayıb. "SOCAR Petroleum"a məxsus yanacaqdoldurma məntəqələrində avtomobilin yanacaq çəninə guya normadan artıq yanacaq vurulması ilə bağlı iki şikayət daxil olub. Biz şikayətçilərin iştirakı ilə məsələni araşdırdıq. Amma iddia öz təsdiqini tapmadı. Hətta Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarını da dəvət etdik və onlar yenidən yoxlamalar apardılar. Lakin standartlardan kənar heç nə aşkar edilməyib. Şikayətçilərdən biri iddia edirdi ki, onun avtomobilinin çəni 65 litr yanacaq tutur. Lakin biz YDM-də o çəni boşaltdıq və yenidən yanacaqla doldurduq. Nəticədə məlum oldu ki, həmin avtomobilin yanacaq çəninin tutumu 80 litrdir", - deyə şirkətdən bildirilib.
"SOCAR Petroleum"dan əlavə ediblər ki, bəzi KİV ötən il qaldırılmış iddianı yenidən yayıblar: "Bu şikayət ötən il olub. Amma bəzi saytlar onu yenidən qabardıb. Mütəmadi olaraq, yəni hər üç aydan bir Standartlaşdırma Komitəsinin əməkdaşlarının iştirakı ilə YDM-lər yoxlanılır və təhvil verilir. Şikayət olanda da yoxlanıldı. Eyni tutumu olan avtomobil əraziyə gətirildi. Onun da üzərində yoxlanıldı və heç bir problem aşkar edilmədi. Biz bütün bunları şikayətçinin iştirakı ilə etdik”.
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi










