Sükan arxasında telefonla oynayan yol polisi - 010 - FOTO

Tanınmış hüquqşünas, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov yanvarın 23-də özünün feysbuk profilində Dövlət Yol Polisi əməkdaşının kobud davranışı ilə bağlı status paylaşıb. Avtosfer.az-ın məlumatına görə, S.Məmmədov bildirib ki, Mətbuat prospektində yol polisi əməkdaşı qayda pozduğu üçün ona irad bildirib. DYP əməkdaşı isə ona hədə-qorxu gəlib. Sahib Məmmədovun yazdıqlarını olduğu kimi təqdim edirik: “Saat 15:30 radələrində Mətbuat prospekti ilə gələrkən "Qələbə" dairəsindən Nəşriyyata tərəf gələndə birinci svetofora çatanda qara rəngli “Toyota Land Cruiser” hərəkət qaydalarını kobud surətdə pozduğunu gördüm. Avtomobil yolun ortası ilə təxminən 15-20 km sürətlə dalğavarı hərəkət edirdi. Digər hərəkət iştirakçıları fürsət düşdükcə avtomobilin sağ və ya sol hissəsindən birtəhər keçib gedir, qalanlar isə sürəti azaldıb gözləməli olurdu. Fikirləşdim, yəqin sürücü sərxoşdur. İşıqfora çatanda birtəhər imkan tapıb onunla bərabərləşdim Gördüm ki, uniformadadır və telefonla oynayır. Qolunda “DYP” yazılıb və zabitdir. Pəncərəni açıb nəzakətlə soruşdum ki, niyə hərəkət iştirakçılarına mane olur. Cavab verdi ki, bir növ, sənə dəxli yoxdur. Mən dedim ki, Sizdən şikayət edəcəm. O da məni hədəldi. Yəni gözlə, gör, səni neyləyəcəm. Nömrə nişanı 90....010. Deyirəm, Ramiz Zeynalovun şəxsi türməsi filanı yoxdur görəsən”.
Fərid
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











