Sumqayıtdan Bakıya yeni ekspres qatar reysi təyin edildi

"Bu gün saat 08:30-da Sumqayıtdan Bakıya yola düşməli olan qatar reysi 10 dəqiqə əvvəlcədən ləğv edilib".
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a sərnişinlərdən biri şikayət ünvanlayıb.
Sərnişinin sözlərinə görə, bu qərar onları çətin vəziyyətə salıb.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Mətbuat Xidmətindən bildirilib ki, pik saatlarda Sumqayıt stansiyasında müşahidə olunan sərnişin sıxlığını nəzərə alaraq, iş günləri Sumqayıtdan Bakıya saat 08:30-da yola düşən ekspres qatar reysinin əvəzinə saat 07:30-a yeni ekspres qatar reysi təyin edilib:
"Bu qərar 08:30 reysinin doluluq göstəricisinin aşağı olması və saat 07:00-08:00 aralığında sərnişin tələbatının yüksək olması ilə əlaqədardır.
Bununla əlaqədar Bakıdan Sumqayıta saat 06:58-də və Sumqayıtdan Bakıya saat 20:30-da yola düşən ekspres qatar reysləri ləğv edilib. Bundan əlavə, Bakı-Sabunçu-Bakı qatarının marşrutu Zabrat-2 stansiyasına qədər uzadılıb (saat 08:42-də Zabrat-2-dən Bakı Dəmiryol Vağzalına və saat 08:10-da Bakı Dəmiryol Vağzalından Zabrat-2 stansiyasına).
Bu dəyişikliklər 17 sentyabr saat 18:00-dan etibarən stansiyalarda və qatarlarda elan olunub. Dünən saat 21:00-dan etibarən isə mobil tətbiq və rəsmi saytda hərəkət cədvəlində də əks olunub".
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












