Taksi sürücüləri arasında müştəri üstündə film kimi cinayət

Fevralın 3-də Tural Rüstəmlinin taksi sürücülərinin cinayət xarakterli əməlinə şahidlik etməsi təsadüfən baş verib. Tural üzləşdiyi və şahidi olduğunu hadisələri Avtosfer.az-la bölüşüb: «Bu gün saat 15:50 radələrində Bakı Beynəlxalq Avtovağzalında həyat yoldaşımla Gəncəyə getmək yçün taksilərə yaxınlaşdıq. Bizə ilk yaxınlaşan taşsi sürücüsünə 20 manata Gəncədə həyətə qədər aparmağa razı olub-olmadığımı soruşdum, o da razılaşdı. Bu an başqa bir taksi sürücüsü bizə yaxınlaşıb az öncə danışdıbımız sürücüyə bildirdi ki, sən Gəncəyə getmirsən, niyə müştəriləri götürürsən? Camaatı Yevlaxda düşürürsən ki, özün get. Bu anda bizi aparmalı olan taksi sürücüsü ona irad tutan sürücüyə yüngülvari təpik vurdu, mübahisə yarandı. Hadisə yerinə polislər gəldiyi üçün ara sakitləşdi. Oturduq maşına, yola dühdük. «NAZ-Lifan» markalı, 90 AN 943 dövlət nömrə nişanlı taksi Yevlağın girəcəyinə çatana qədər hər şey yaddan çıxmışdı. Yevlağa 2-3 km qalmış maşının benzini qurtardı. Sürücü yol taksilərinin birinə pul verdi ki, qarşıdakı yanacaqdoldurma məntəqəsindən benzin alıb gətirsin. Bu arada Bakıda mübahiəsi düşmüş sürücü «Mercedes Vito» markalı avtomobillə gəlib çatdı. Düz bizim olduğumuz maşının qarşısında saxladı, içərisində də çoxlu sərnişin var idi. Maşından 3-4 nəfər düşüb bizim sürücüyə yaxınlaşdı, dava düşdü. Bizim sürücüsü bıçaq çıxarıb «Vito»nun sürücüsünün ayağına zərbə vurdu. Bu anda benzini gətirdilər, maşina töküb dedi, tez olun, getdik. Gəldi Yevlağın dairəsinə çatanda iki dəfə əks yola çıxaraq qəza şəraiti yaratdı, bizi çox qorxutdu. Bütün Yevlax taksilərini yola yığmışdı ki, arxadan gələn «Vito» sürücüsü ilə dava edəcək. Burada da dava düşdü. Sürücü bizə bildirdi ki, düşün başqa maşınla gedin, mən Gəncəyə getmirəm. Pulu da qaytarmadı. Məlum oldu ki, o, həmişə belə edir, Gəncə adı ilə müştəriləri mindirib gətirib Yevlaxda atıb gedir».
Fərid
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










