Taksi sürücüləri dilə gəldi: "Kosmosda dayanaq?"

"Deyirlər, "girin avtovağzalın içində dayanın, müştərini orda gözləyin". Avtovağzal avtobuslarla, kiçik maşınlarla doludur, orada maşın saxlamağa yer yoxdur. Onlar qovur, biz qaçırıq. Hara qədər qovacaqlar, biz hara qədər qaçacağıq, bilmirik". Qusar sakini Mirzəbala Hacıxanov AzadlıqRadiosuna Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən şikayətlənir. Deyir, Xidmət işçiləri onun kimi onlarla sürücünün çörəyinə sədd çəkib: "Hərə bir köhnə maşına göz dikib. Səhər çıxıb gəlib dayanırıq yol kənarında. İmkan vermirlər, elə işləri bizi qovmaqdan ibarətdir. Harda dayanırıqsa, peyda olurlar, deyirlər, "burda dayanma". Bəs neyləyək, çıxaq kosmosda dayanaq?".
Sürücünün iddiasına görə, Xidmət əməkdaşları ondan və başqa sürücülərdən əsassız yerə pul tələb edirlər:
"DEYİRLƏR, VERMƏLİSƏN"
"Pul istəyirlər, ancaq pulu alıb sənəd- filan vermirlər. Bizdən alınan pulların hara getdiyini bilmirik. Heç şifahi də izah eləmirlər. Deyirlər, "verməlisən, vəssalam"".
Habil Ağasıbəyov rayonun Həzrə kəndindəndir. O da taksi fəaliyyəti ilə məşğul olur. Deməsinə görə, əvvəlki Nəqliyyat Departamentinə həmişə pul ödəyib, indi yeni qurum yaradılması barədə nə onda, nə də sürücü yoldaşlarında məlumat yoxdur: "Bütün günü azı 15-16 saat dayanıram, 5-6 manat ya qazanıram, ya da yox. Onu da departament işçiləri əlimdən almaq istəyir. Gah deyirlər, "Departament ləğv olunub", gah deyirlər, "bu işlərə indi başqa qurum baxır". Heç nə bilmirik".
SÜRÜCÜLƏRLƏ NƏQLİYYAT XİDMƏTİNİN MƏSƏLƏSİ
Qusar rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə məsələ ilə bağlı belə münasibət bildirilib: "Bu məsələ sürücülərlə Nəqliyyat Xidməti arasında qanunla həll olunmalıdır. Sürücü şəxsi nəqliyyat vasitəsində nəqliyyat xidməti göstərirsə, nəyə görə ödəniş etməlidir və bu pulu hara ödəməlidir - çalışırıq bu məsələləri aydınlaşdıraq".
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba regional şöbəsindən isə bildirilib ki, sürücülərdən rüsum 15 fevral tarixli sərəncamına əsasən tələb olunur. Heç kim sürücülərdən əlavə pul tələb etmir. Sürücülərə bu rüsumların ödənilməsi barədə xəbərdarlıq olunub.
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi









