Taksi sürücülərinin NƏZƏRİNƏ!

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücülərinin qiymətləndirilməsi məqsədilə oktyabrın 1-də növbəti test imtahanı keçirəcək.
DİM-dən Avtosfer.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün 1680 nəfər qeydiyyatdan keçib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) və Gəncə şəhərindəki Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.
İmtahanın müddəti 1 saatdır. İştirakçılar imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış ola biləcəklər.
İmtahana buraxılış vərəqəsini DİM-in “Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı” xidməti vasitəsilə əldə etmək mümkündür.
Namizədlər imtahana şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlərdə uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı, həmçinin avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.
10 və daha çox bal toplayan şəxslər imtahanı müvəffəqiyyətlə vermiş hesab olunacaq və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.
Namizədlərə imtahana hazırlıq üçün “Yaddaş kitabçası” ilə əvvəlcədən tanış olmaları tövsiyə olunur.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












