Taksi xidmətində DƏYİŞİKLİK: Hökumətin atdığı addımlar ƏKS-EFFEKT VERDİ

“Tələblərin sərtləşdirilməsindən sonra taksi xidmətində, xüsusən də “Bolt” şirkətinin xidmətində problemlər özünü qabarıq şəkildə göstərməkdədir. Taksilərin gəlmə müddəti əhəmiyyətli dərəcədə artıb. Əvvəl gözləmə vaxtı orta hesabla 3-5 dəqiqə çəkirdisə, indi bu müddət 2 dəfə artaraq 7-12 dəqiqəyə çatıb. Taksi sürücüləri tərəfindən sifarişdən imtina hallarının sayı artıb”.
Avtosfer.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev bildirib.
O qeyd edib ki, əvvəllər verilmiş sifariş sürücü tərəfindən tək-tük halda imtina edilirdisə, indi 3-4 cəhddən sonra taksiyə minmək mümkün olur.

İqtisadçı-ekspertin sözlərinə görə, qeyri-rəsmi ödənişlərin həcmi də artıb: “Əgər əvvəllər taksi sürücüləri gediş haqqı ödənilən zamanı xırda qəpik pulları qaytarmırdısa, indi tətbiqdə göstəriləndən artıq pul istəyirlər, əks halda sifarişi birtərəfli qaydada ləğv edirlər. Məsələn, son 1-2 ayda hava limanında verdiyim sifarişlərin hamısında birmənalı olaraq tarifdə göstərilən qiymətdən (9-13 AZN) ən azı 2 dəfə artıq (20-30 AZN) pul istənilib, istək yerinə yetirilməyəndə sifariş ləğv edilib. Taksi sürücüləri povayderlərin xidmətindən yararlanırlar, ancaq müştəri mindikdə onların xidmətindən imtina edirlər. Son 1 ayda ən azı 5-6 taksi olub ki, taksiyə mindikdə faizlərin yüksək olduğunu bəhanə edərək tətbiqdə sifarişi ləğv edib və ya sərnişindən sifarişi ləğv etməyi xahiş edib. Bununla da provayder şirkətin tapdığı sərnişinə qeyri-rəsmi xidmət göstərib”.

S.Əliyev vurğulayıb ki, vaxtilə güclü rəqabət olan taksi xidməti son aylar tamamilə bərbad hala düşüb: “Tətbiq vasitəsilə verilmiş sifarişlərdən taksi sürücüləri müxtəlif vasitələrlə (tıxac, ucuz qiymət və s.) boyun qaçırırlar. Bu xidmətin keyfiyyətinin artırılması ilə bağlı hökumətin atdığı addımlar əks-effekt verib. İnsanlar keyfiyyətli xidmət göstərən taksi maşını yox, onları mənzilbaşına aparacaq istənilən keyfiyyətli taksi maşını tapmaqda çətinlik çəkirlər. Əsas bərbəd vəziyyət isə hava limanındadır. Onlar sərnişindən ikiqat ödəniş tələb edirlər. Şəhərə getmək üçün normal nəqliyyat sistemi qurulmayan aeroportda insanlar taksilərə yüksək ödəniş etməyə məcbur qalırlar”.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












