Tanınmış blogerdən məşhur istirahət mərkəzi ilə bağlı ŞOK PAYLAŞIM - VİDEO

Nabranda yerləşən “Atlant” İstirahət Mərkəzində dincələn tanınmış bloger Çiçək Gəraylı idarəetmədən və mövcud antisanitariyadan kəskin şəkildə narazı qalıb. Ailəsi və azyaşlı övladları ilə birlikdə istirahətə gələn bloger xidmət səviyyəsindən məyus olduğunu bildirib.
Avtosfer.az xəbər verir ki, Çiçək Gəraylı sosial şəbəkə hesabında yayımladığı videoda mərkəzdə qaldığı 5 gün ərzində saysız-hesabsız problemlərlə üzləşdiyini qeyd edib. O, uşaqların əylənməsi üçün şərait yaradılsa da, ümumi vəziyyətin dözülməz olduğunu vurğulayıb:
"Ailəmizlə birlikdə Nabranda “Atlant” İstirahət Mərkəzinə gəlmişik. Uşaqlar buranı çox sevdiyi üçün gəldik ki, havasından istifadə etsinlər. Amma çox məyus olduq. Qaldığımız 5 gün ərzində resepşna dəfələrlə şikayətlərimizi bildirmişik, lakin cavablar bizi tamamilə məyus etdi. Ailəmlə bərabər qardaşım da burada idi, onlar dözə bilməyib çıxıb getdilər. Amma biz qaldıq. Resepşnda bildiririk ki, otaqlarda təmizlik yoxdur, isti su gəlmir, unitaz işləmir, antisanitariya baş alıb gedir. Cavabında isə məsul şəxslər bizə gülərək deyirlər ki, "keçmişə baxmayın, gələcəyə baxın, hər şey yaxşı olacaq". Amma heç nə düzəltmirlər".
Bloger həmçinin istirahət mərkəzinin ərazisindəki restoranların və ümumi infrastrukturun bərbad vəziyyətdə olduğunu diqqətə çatdırıb:
"Restorandan yemək sifariş edirik, yemək çox bərbad gəlir. Pomidor-yumurta istəyirik, deyirlər ki, "bunun üstünə yumurta vurulmur". Deyirəm ki, onda başqa yemək gətirin, hesabını yenə bizdən alırlar. Qapı-pəncərələr qırıqdır, otaqlarda səliqə-sahman yoxdur. Ən pisi odur ki, istirahət mərkəzinin əməkdaşları hər bəhanə ilə müştərilərə cərimə yazmağa yer axtarırlar. Stol sınıq olub, gəlib deyirlər ki, "stol qırılıb, 30 manat cərimə ödəyin". Deyirəm ki, stolsuz oturan kimi qırılmışdı da. Amma yenə də məcbur olub həmin pulu ödəmişik. Problem ondadır ki, heç bir nəzarət yoxdur, insanların hüquqlarına hörmət edilmir".
Çiçək Gəraylı bölgədə turizmin inkişafına kölgə salan bu cür neqativ halların və məsuliyyətsizliyin ciddi şəkildə araşdırılmasını tələb edib.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












