Tanınmış şirkətin rəhbəri və işçilərinə - Hökm oxundu

Külli miqdarda dələduzluq etməkdə ittiham olunan “Zamin Əmlak Agentliyi”nin əməkdaşlarının məhkəməsi başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, şirkətin direktoru Oqtay Zərbalıyev, eləcə də həmin agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradova hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onlar Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirli biliniblər.
Hökmə əsasən, O. Zərbalıyevə 7 il 6 ay, N.Şahmuradova 6 il, O. Əliyevə isə 5 il həbs cəzası verilib.
Bildirilib ki, məhkəmədə 33 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Onların vətəndaşlara güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verməklə 1 490 200 manat aldığı qeyd edilib.

Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












