TDT çərçivəsində ortaq seriallar və uşaq kontenti yaradıla bilər

"Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində media əməkdaşlığının genişləndirilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Bakıda keçirilən TDT-nin Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bəyan edib.
K.İskakovun sözlərinə görə, əsas addım təşkilata üzv ölkələrin teleməhsullarına çıxışının genişləndirilməsi olmalıdır.
O, həmçinin milli televiziya kanallarının qarşılıqlı yayımının mümkün qədər geniş auditoriya üçün təmin edilməsinin vacibliyini vurğulayıb: "Kontent mübadiləsi olmadan və ölkələrimizdə televiziya kanalları yayımlanmadan əməkdaşlıq səmərəli olmayacaq. Biz bunu aydın başa düşməli və bu istiqamətdə irəliləməliyik".
Nazir müavinin sözlərinə görə, ikinci təşəbbüs birgə kontent istehsalının artırılması olmalıdır: "Buraya bədii seriallar, sənədli layihələr, həmçinin TDT ölkələrinin turizm, mədəniyyət və investisiya imkanları haqqında proqramlar daxildir".
K.İskakov üçüncü prioritet kimi türk dillərində keyfiyyətli uşaq kontentinin yaradılması üzrə dövlətlərarası layihələrin işə salınmasını qeyd edib. O hesab edir ki, bu da yeni nəslin mədəni inkişafına töhfə verəcək.
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












