Təpənin arxasında yol polisi gizlənib – DİQQƏT - FOTO

İsmayıllı rayonu ərazisində Girdiman çayını keçən kimi Lahıc yoluna çatmamış kiçik təpə var. Bu təpənin arxasında isə yol polisləri dayanıb (?) sürücülərə nəzarət edir. Avtosfer.az-a məlumat verən oxucular bildirir ki, yol polisləri aşkar görünən yerdə dayanıb xidmət aparsalar daha faydalı olar, sürücülər onları görüb qaydalara əməl edərlər və qəza da baş verməz. Lakin bu fotolardan da göründüyü kimi, yol polisləri xidməti avtomobillə əsas yoldan çıxaraq köməkçi yolda - təpələrin arxasında gizlənərək sürücülərin qayda pozmasını gözləyirlər. Bu ərazidə isə ötmə qadağındır və sürücülər təpənin arxasından çıxan kimi ötmə əməliyyatı aparsalar, yol polisi dərhal onları saxlayır. Bu zaman sürücülər özləri də çaş-baş qalırlar ki, yol polisi haradan peyda oldu, axı yolun kənarında heç kim yox idi?
Avtosfer.az oxucuların bu narahatlığını anlayışla qarşılyar və diqqətə çatdırır ki, təpənin arxasında yol polisinin olub-olmamasından asılı olmayaraq, qaydalara əməl etmək lazımdır…
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













