“Tramp əvvəlki hakimiyyəti dövründə ölkəmiz əleyhinə siyasət aparmayıb” – POLİTOLOQDAN AÇIQLAMA

Bayden dövründə ABŞ Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsi ilə bağlı ikili siyasət yeritməkdə israrlı idi. Hətta Cozef Bayden hakimiyyətinin sonunda Ermənistanla saziş imzalanması ilə bağlı qərar verdi və 10 gün əvvəl Ermənistanın Xarici İşlər naziri ABŞ dövlət katibi ilə sazişə imza atıb.

Bəs Trampın hakimiyyətə gəlişi bu məsələdə nələrisə dəyişəcəkmi? Yoxsa ABŞ-nin yenidən seçilən prezidenti əvvəlki hakimiyyəti dövründə olduğu kimi, həm Azərbaycanı, həm də Türkiyəni müxtəlif vasitələrlə təhdid etməyə davam edəcək?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Avtosfer.az-a açıqlamasında bildirib ki, Tramp administrasiyasının Bayden administrasiyasından fərqli olaraq, Azərbaycanla əməkdaşlığa daha çox əhəmiyyət verəcəyini proqnozlaşdırmaq olar:

“Baydendən fərqli olaraq, Tramp-ın erməni lobbisinə heç bir bağlılığı yoxdur və onlardan dəstək də almır. Bayden isə həm keçmişdə, həm də Ağ Ev-də oturduqdan sonra ermənipərəst siyasətini davam etdirib. Tramp 2016-2020-cı illərdə prezident olduğu dövrdə Azərbaycan əleyhinə hansısa siyasət yürütməyib. Hətta 2-ci Qarabağ müharibəsi onun prezidentliyinin son dövrünə təsadüf etsə də bizə heç bir maneə yaratmadılar. Mümkündür ki, Marko Rubiodə Blinken kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünü təşkil etməyə çalışsın".
Politoloq əlavə edib ki, Tramp administrasiyasının əsas prioriteti Rusiya-Ukrayna müharibəsinin sona çatdırılmasıdır:

"Əgər bu sahədə uğur əldə edə bilsələr, təbii ki, Azərbaycan və Ermənistanla bağlı danışıqların intensivləşdirilməsinə də çalışacaqlar".
Eltac Zülfüqaroğlu
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












