Trans-Xəzər marşrutu üzrə Çin–Avropa dəmiryol xətti ilə 5 ildə 19 min konteyner daşınıb

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çin (Çjetszyan) – Avropa dəmiryol ekspres xəttinin fəaliyyətə başlamasından 5 il ötüb və bu müddətdə xətt üzrə mütəmadi daşımalar həyata keçirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, marşrut çərçivəsində ümumilikdə 51 istiqamət üzrə fəaliyyət göstərilib, 4 182 konteyner (TEU) daşınıb. Cənub marşrutları ilə göndərilən yüklərin 17 %-i məhz bu xəttin payına düşüb. Son 5 ildə xətt üzrə ümumilikdə 237 qatar hərəkət edib, daşınan konteynerlərin sayı isə 19 470 TEU olub. Daşımaların həcmi əsasən Mərkəzi Asiya, Avropa və Azərbaycan üzrə bölüşdürülüb. Mərkəzi Asiya regionu üzrə yük dövriyyəsi 4,76 milyard yuan, Avropa regionu üzrə 1,76 milyard yuan, Azərbaycan üzrə isə 2,02 milyard yuan (təqribən 202 milyon manat) təşkil edib. Bu xətt üzrə əsasən gündəlik tələbat malları, sənaye məhsulları, kimya sənayesi məhsulları, avadanlıqlar və avtomobil hissələri daşınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












