Türkiyə vətəndaşının avtomobilini qaçırdılar; polisdən şikayət edir - FOTO

Azərbaycanda iş adamı kimi fəaliyyət göstərən Türkiyə Cümhuriyətinin vətəndaşı Tacəddin Hüseyn Göven Avtosfer.az saytına müraciət edib. O bildirib ki, idarə etdiyi avtomobili qaçırıblar, lakin dövlət orqanları onun işimə laqeyd və məsuliyyətsiz yanaşır: "Bildirirəm ki, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olan Məmmədov Əzim Məmmədhüseyn oğlu mənə məxsus olan "Hyundai Elantra" markalı 99 AM 738 dövlət nömrə nişanlı avtomobilimi etibarımdan sui istifadə edərək 10 mart 2016-cı ildə bir neçə günlük sürmək üçün götürüb, sonradan isə Masallı rayonunda Şahin adında adama heç bir sənəd təqdim etmədən verib. Dəfələrlə Şahin adlı adamdan mənə məxsus olan mülkü qaytarmağı tələb etsəm də, müxtəlif bəhanələrlə boyun qaçıraraq avtomobili geri qaytarmayıb və mənimsəyib. Mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə bu barədə məlumat verdikdən sonra Nizami rayonu 24-cü polis bölməsinə yönləndirildim. Bir neçə gün “araşdırma” apardıqdan sonra mənə bu hadisənin 25-ci polis bölməsinin ərazisində olduğu üçün orada araşdırma aparılacağı bildirildi. Lakin bir aya yaxın vaxt keçməsinə, bütün faktları, avtomobilin olduğu koordinatı dəqiq verməyimə baxmayaraq 25-ci polis bölməsi fəaliyyətsiz qalıb, şikayətim hələ də cavablandırılmayıb. Mənə məxsus olan avtomobil Masallı rayonunda satıldığı üçün Masalli rayon Polis Şöbəsinə müraciət etsəm də, orada da işə laqeydliklə yanaşılıb. Avtomobilimi mənimsəyən Şahin adlı şəxsin qohumu Masallı Rayon Polis Şöbəsində yüksək rütbəli zabit olduğu üçün bu iş qəsdən həll olunmur. Polis orqanları avtomobilimlə bağlı arasdırma aparmayacağı tədqirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş Prokurorluğa və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinə müraciət edəcəyəm".
Emin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













