Üç kikboksçu hakim qarşısında - Ramal Aslanovun işi ayrıca araşdırılır

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı üç kikboksçu cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu ilin yanvarında Bakı şəhəri Xətai rayonu ərazisində baş verən hadisə zamanı bir qrup idmançı kikboksinq üzrə əməkdar məşqçi Fuad Zeynalov və onunla birlikdə olan şəxsə hücum edib. Hadisə nəticəsində sonuncunun ağır xəsarət aldığı bildirilib.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində aparılan araşdırma zamanı hadisəyə görə üç kikboksçu - Elnur Həmidov Cinayət Məcəlləsinin 126.2.4, 221.3-cü maddələri, Musa Əhmədov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Elçin Hüseynov Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs edilib, hazırda onlar barəsində ibtidai istintaq tamamlanaraq cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Fuad Zeynalov ona hücum sifarişini Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Ramal Aslanovun verdiyini, bu hadisədən əvvəl də onun tərəfindən ona qarşı xuliqanlıq hərəkətlərinə yol verildiyini bildirmişdi.
R.Aslanov və qeyrilərinin əməllərinə hüquqi qiymət verilməsi üçün Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılıb və hazırda ibtidai istintaq davam edir.
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












