Uşaqlar altdan, böyüklər üstdən keçməlidi - VİDEO

Qax rayonunun 28 may küçəsi, ev 10-da yaşayan Fərrux adlı sakin iki ilə yaxındır ki, həyətə girib-çıxmalarının çətin olduğundan şikayət edir. Evdə iki ailə və bu ailələrin birində beş, digərində isə dörd nəfər yaşayır. Həmin ailə üzvləri qaz borusunun üstündən atlayıb keçmək məcburiyyətində qalırlar. Bunun səbəbi isə borunun hündür olmasıdır. Avtosfer.az Region TV-yə istinadən xəbər verir ki, ev sahibinin sözlərinə görə borunun dəyişdirilməsi üçün tələb olunan məbləği ödəmək imkanı yoxdur.
Məsələylə bağlı Zaqatala Qaz İstismar İdarəsindən bildiriblər ki, ev sahibi Fərrux Hacıyev həyət qapısının yerini özü dəyişdirdiyi üçün bu problem yaranıb. Məsələ görüləcək işlərin dəyəri yəni 220 manat məbləğindəki pul ödəndikdən sonra həll oluna bilər. Bir sözlə, ailənin maddi imkanı yaxşılaşana kimi böyüklər qaz turbasının üstündən, balacalar isə altından keçməli olacaqlar.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












