Vəkilə "0" manat cərimə gəldi - DYP-dən açıqlama – FOTO

Azərbaycanlı vəkil Asif Abdullayev 20 gün öncə düşdüyü radara görə ”0” manat cərimələnib. Cərimə haqqında məlumat şəxsin "Asan ödəniş" sistemində yerləşən şəxsi kabinetinə gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə atv.az-a açıqlama verən Asif Abdullayev bildirib ki, 20 gün əvvəl radara düşməsinə baxmayaraq, hələ də protokolu kağız daşıyıcıda almayıb: “Əvvəlki (410.1.4-cü maddə) və hazırda qüvvədə olan İnzibati Xətalar məcəlləsinə əsasən (125.2.3-cü maddə), xəta törədildiyi tarixdən 2 gün ərzində protokol kağız daşıyıcıda rəsmi qaydada təqdim edilməlidir. Buna baxmayaraq, DYP yalnız şəxsi kabinet yaratmağa və oradan protokolla tanış olmağa dəvət edir.
Protokolun və ya qərarın kağız daşıyıcıda rəsmi qaydada təqdim edilməsi vacibdir. İXM-ə əsasən, şikayət və vəsatət müddətlərinin hesablanması həmin tarixdən başlanır.
Şəxsi kabinetin olması yol polisini kağız daşıyıcıda protokolu rəsmi qaydada göndərmək vəzifəsindən azad etmir”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə məsələ ilə bağlı atv.az-a açıqlamasında bildirdi ki, vətəndaş onun ünvanına gələn bildiriş vərəqəsinə görə ilk növbədə polisə müraciət etməli, törədilən xətanın özü və ya başqası tərəfindən olduğunu təsdiq etməli, bundan sonra müəyyənləşən cəriməni ödəməlidir: “Törədilən xəta ilə əlaqədar vətəndaşa müxtəlif formada bildiriş verilir. Bu bildiriş ya onun ünvanına gəlir, ya elektron formada şəxsi kabinetinə yerləşdirilir, ya da hərəkətdə olan zaman yol patrul avtomobilinə quraşdırılmış sistem vasitəsilə həmin sürücü yol polisi tərəfindən saxlanılıb informasiya verilir. Bundan sonra dərhal qərar qəbul edilir və vətəndaş təyin edilən cəriməni ödəməli olur.
Bu cərimələrin ödənilməsi üçün sürücü informasiya aldıqdan 10 gün müddətində yol polisi ilə əlaqə saxlayıb, xətanı törədənin kimliyini müəyyənləşdirməlidir. Qeyd edək ki, cərimə qərar qəbul edildikdən sonra ilk 5 iş günü müddətində ödənilərsə, avtomatik olaraq cərimədə 10% güzəşt edilir. Əgər bir ay müddətində ödəmək fikriniz varsa, bu zaman cərimə olduğu miqdarda qalır. Yox, əgər cərimə bir aydan sonra ödənilirsə, gecikən hər gün üçün cərimənin üzərinə 1% əlavə pul gəlir”.

Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










