Reklam

Velosipedçi piyada ilə toqquşdu; polisdən narazıdır - FOTO

Xəbərlər 6 Mart 2016 04:00 Oxunub 3447
Velosipedçi piyada ilə toqquşdu; polisdən narazıdır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ceyhun Rəhmanov bildirir ki, günah piyadada olsa da, polis onu təqsirli sayır

Heç kəsə sirr deyil ki, dünyanın əksər ölkələrində velosiped sürmək artıq idman növü olmaqla bərabər vətəndaşları həyat tərzinə çevrilib. Təbii ki, bunun səbəbi velosiped sürməyin sağlamlığa xeyirli olması, meqapolislərdə tıxacların azalması,  ətraf mühitə heç bir ziyanı olmaması vəs kimi çox sayda töhvələr verir. Respubikamızda da bu nəqiyyat vasitəsinin poplyarlığı sürətlə artması nəticəsində bir çox vətəndaşlarımız da inkişaf etmiş ölkələrdə olduğu kimi gündəlik nəqliyyat vasitəsi kimi istifadə etməkdədir. Təbii ki, yollarda xoşagəlməz hadisələrin baş verməməsi üçün yol hərəkəti iştirakçılarınn hər biri qanun çərçivəsində məsuliyyət daşıyır və bu sahədə Dövlət Yol Polisi əməkdaşlarının rolu danılmazdır. Velosiped həvəskarlarından olan vətəndaş Ceyhun Rəhmanovun velosiped sürən zaman bu yaxınlarda düşdüyü yol nəqliyyat hadisəsinin Nəsimi Rayon Polis İdarəsinin bəzi əməkdaşlarının hadisəyə yanaşması və araşdırması həmin vətəndaşın kütləvi informasiya vasitələrinə müraciət etməyə məcbur edib. Ceyhun Rəhmanov Avtosfer.az-a bildirib ki, 16.09.2015-ci i tarixdə 19:20 radələrində “20 Yanvar” dairəsindən R.Cəfərov küçəsi ilə üzü “3-cü mikrorayon bazarı” istiqamətində yolun sağ tərəfi ilə velosipedlə hərəkət edərkən yolun kənarında dayanmış avtobusun qarşısından qəflətən yolu qaçıb keçmək istəyən 4 piyada çıxıb, velosipedçi piyadalara dəyməmək üçün əyləclərdən istifadə edib 2 piyadaya dəyməməyə nail olsa da, 3-cü piyada, Lənkəran rayon sakini Qədirov Nazimlə toqquşub. Nəticədə hər iki vətəndaş velosipedlə bərabər yıxılıb və hər iki şəxs orta dərəcəli travma alıb. Velosiped isə yararsız hala düşüb.

Avtosfer.az-a daxil olan müraciətdə bildirilir: «Velosipedçi Ceyhun Rəhmanov kaska və müvafiq qoruyucu geyimdən istifadə etməsinə baxmayaraq əl, qol və ayaq nahiyələrindən orta dərəcəli travma alıb və hər iki şəxsdə yüngül beyin silkələnməsi olub. Lakin C.Rəhmanov kaskada olduğundan hüşunu itirməyib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları piyada Nazim Qədirovu təcili yardım avtomobilində xəstəxanaya aparıb, ancaq Ceyhun Rəhmanova yerində heç bir ilkin tibbi yardım göstərilməyib.

Hadisə yerinə 40-50 dəqiqədən sonra gələn Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşı Anar Zeynalov onu bölməyə aparıb və Ceyhun Rəhmanovun günahkar olmasını etiraf etməsi üçün təzyiq edib. Lakin C.Rəhmanov heç bir yol hərəkəti qaydasını pozmadığını bildirib və iddihamları rədd edib. Daha sonra işi Nəsimi RPİ-nin müstəntiqi Elxan Tağızadə araşdırıb, Ceyhun Rəhmanovun istintaq materialları ilə tanış olmaq cəhdlərini rədd edərək onun təqsirkar olmasını “müəyyənləşdirib” və işi məhkəməyə verib. Hadisənin yolun hərəkət hissəsində baş verdiyini nəzərə alaraq bunun yol nəqliyyat hadisəsi olması heç bir şübhə doğurmur. «Yol hərəkəti haqqında» Qanuna nəzər yetirək: 

Maddә 38. Velosipedçinin vәzifәlәri

Mühәrriksiz velosipedi idarә edәn şәxs xüsusi velosiped zolaqları ilә, bunlar olmadıqda isә yolun, küçәnin hәrәkәt hissәsinin kәnarı vә ya yol çiyinlәri ilә hәrәkәt etmәli vә bunun üçün:

1) texniki cәhәtdәn saz vә lazımınca tәchiz olunmuş velosipeddәn istifadә etmәlidir;

Maddә 46. Velosipedlәrin, mopedlәrin hәrәkәtlәrinә dair tәlәblәr

I. Velosipedlәr vә mopedlәr yalnız yolun sağ kәnar zolağında, yol nişanları vә ya yol nişanlanmasının tәlәblәrinә riayәt etmәklә, mümkün qәdәr sağ tәrәfdә bir cәrgә ilә hәrәkәt etmәlidirlәr.

 II. II. Velosiped vә moped sürücülәrinә:

1) sükanı tutmadan vә ya tәhlükәsizlik dәbilqәlәrindәn istifadә qaydalarını pozmaqla hәrәkәt etmәk;

Piyadalarla bağlı hissəyə gəldikdə - 

I. Piyada:

1) sәki ilә, piyada zolağı ilә, yol çiyinlәri ilә, bunlar olmadıqda isә velosipedçilәrin hәrәkәtini çәtinlәşdirmәmәk şәrti ilә velosiped yolu ilә hәrәkәt etmәli vә ya ayırıcı zolağı olan yollarda hәrәkәt hissәsinin xarici kәnarı ilә getmәlidir (iri әşyalar daşıyan vә ya aparan piyadaların, habelә mühәrriksiz әlil arabalarında gedәn şәxslәrin sәki vә ya yol çiyini ilә hәrәkәti başqa piyadalar üçün maneә yaratdıqda, onlar yolun hәrәkәt hissәsinin kәnarı ilә gedә bilәrlәr);

2) dәmiryolunu, avtomobil yolunun hәrәkәt hissәsini, küçәlәri piyada keçidlәri ilә, o cümlәdәn yeraltı vә yerüstü keçidlәrlә, bunlar olmadıqda isә yolayrıclarında sәki xәtti vә ya yol çiyni xәtlәri boyunca keçmәlidir;

8) dayanmış nәqliyyat vasitәsinin vә ya görmә sahәsini mәhdudlaşdıran başqa maneәnin arxasından yolun hәrәkәt hissәsinә çıxmazdan әvvәl yaxınlaşan nәqliyyat vasitәsinin olmadığını yәqin etmәlidir;

II. Piyada, nizamlanmayan piyada keçidlәrindә yolun hәrәkәt hissәsinә yalnız yaxınlaşmaqda olan nәqliyyat vasitәlәrinәdәk mәsafәni, onların sürәtini qiymәtlәndirdikdәn vә yolu keçmәyin onlar üçün tәhlükәsiz olacağını yәqin etdikdәn sonra çıxa bilәr. 

Yuxarıdakı maddələrdən göründüyü kimi velosipedçi Rəhmanov Ceyhun «Yol hərəkəti haqqında» Qanunun heç bir maddəsini pozmadığı halda piyada Qədirov Nazim piyda kimi qanun pozaraq hadisəyə səbəb olub və bütün məsuliyyəti ilə qannun qarşısında təqsirkar tərəf olmalıdır.

Müstəntiq bütün bu tələbləri nəzərə almalı və işi qanun çərçivəsində aparmalı idi. Bundan əlavə, hadisə yerinə gələn YPX əməkdaşı hadisə şahidlərini cəlb etməli, hadisənin baş vermə sxemini yerində tərtib etməli və 2 şahid tərəfindən imzalatdırmalı idi (nə yerində sxem tərtib olunub, nə də şahidlər təsdiq edib). Əlavə olaraq hadisə şahidlərinin ilkin izahatını almalı, hadisə yerinin fotoşəkillərini çəkməli olsalar da, bununla bağlı qeyd edilənlərin heç birini icra etməyiblər. Hadisə yerinə yaxın videomüşahidə kameralarının çəkilişlərini göstərməkdən və işə əlavə etməkdən imtina ediblər.

20-ci Polis Bölməsinin əməkdaşı Anar Zeynalov vəzifə öhdəliklərini icra etməyərək hadisə yerində hadisə iştirakçılarına, o cümlədən zədə almış Ceyhun Rəhmanova heç bir tibbi yardım göstərməyərək vətəndaşın baş ağrılarından şikayətini nəzərə almayıb, əl və ayaq hissələrinin qan axmış vəziyyətdə polis şöbəsinə aparıb və 4 saat orada saxlayıb. Affekt halında olan velosipedçiyə psixoloji təzyiq göstərməklə vətəndaşın “təqsirkar” olmasını etiraf etdirmək səyi polis əməkdaşının işi “yerində həll etmək” səyini açıq-aşkar təsdiq edir. Ceyhun Rəhmanov hadisədən 5 saat sonra xəstəxanaya gedib və onun orta dərəcəli travma alması müəyyən edilib

İstintaq aparan müstəntiq Elxan Tağızdə 4 ay ərində Ceyhun Rəhmanovu 5 dəfə sorğu-suala çağırıb və hər dəfə də “təqsirkar” olduğunu etiraf etmək üçün psixoloji təzyiqlər edib. Hadisə sırf olaraq yol-nəqliyyat hadisəsi olmasını nəzərə alaraq Cinayət Məcəlləsinin 267.1 maddəsiylə cinayət işi açılmasına baxmayaraq daha sonra müstəntiq bu maddə üzrə işi bağlayaraq CM-nin 131.2 (131.2. Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş açıb. Təbii ki, bu yanaşma müstəntiqin heç bir qanuni əsası olmadan adi “məişət” müstəvisində həll etmək marağı ilə bağlı olub. Bu prosesdə müstəntiqin bu cür “işi aparması” isə hadisənin əsl səbəbkarı olar piyada Qədirov Nazimin öz məsuliyyətindən yaxasını qurtarıb üstəlik, Ceyhun Rəhmanovdan 2700 AZN təzminat istəməsi heç bir qanuna və insanlığıa sığmır».

Hazırda iş məhkəmədidir və vətəndaş Ceyhun Rəhmanov işin tam olaraq qanun çərçivəsində araşdırılmasını tələb edir. Martın 3-də keçirilən məhkəmənin hazırlıq iclacında Ceyhun Rəhmanovun vəkili hakim Elman İsayevə müraciət edib. Bildirib ki, Ceyhun Rəhmanovun işi ilə tanış olan zaman aşkar olunub ki, bir neçə vərəqlərdə qaralamalar və düzəlişlər var. Hakimdən xahiş olunub ki, iş prosesində qaralamalar və düzəlişlərlə bağlı məhkəmə ekspertizası keçirilsin və bu məsələyə aydınlıq gətirilsin.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh