Xalasının döydüyü 14 yaşlı yeniyetmə ilə bağlı SENSASİON İDDİA

Sabunçu rayonunda himayəsində olduğu xalası tərəfindən zorakılığa məruz qalan 14 yaşlı yeniyetmə barədə daha bir dəhşətli iddia yayılıb. Belə ki, onun 21 yaşlı qardaşı tərəfindən təcavüzə məruz qalması haqqında iddialar səsləndirilir.
Avtosfer.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, iddialarla bağlı istintaq prosesi gedir:
"Məsələ ilə bağlı müxtəlif iddialar var və bu da onlardan biridir. Təcavüz iddiasının informasiya mənbəyindən xəbərsizəm. Bunu rəylərdə qeyd ediblər. Amma onun qardaşı əsgərlikdən yeni gəlib. Ekspertiza nəticəsində hər şey məlum olacaq. Fakt təsdiqini taparsa, əlavə maddə olacaq".
Xatırladaq ki, bir neçə gün öncə Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasının vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib. Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırmasına başlanılıb. Valideynlərini itirən və qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı iddia olunan yeniyetmə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib.
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












