Xanım sürücüdən MMX protokolla bağlı şikayət – Anlaşılmaz FOTOLAR

Sürücü ona yazılan inzibati xəta haqqında protokolla razılaşmır. Abşeron rayon Qobu qəsəbə sakini Salahova Böyükxanım Həmidağa qızı gün.az-a müraciət edərək törətdiyi inzibati xətaya görə ona yazılan protokolda avtomobilin fotoşəklinin aydın olmadığı üçün protokolu qanunsuz hesab etdiyini deyir. Şikayətçi deyir ki, protokolda idarə etdiyi 01 BN 690 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 12 aprel 2016-cı ildə Sulutəpə yaxınlığında sürət həddini keçdiyi üçün 50 manat cərimə edildiyi yazılıb. Lakin protokolun arxa hissəsində inzibati xətanı törədən avtomobilin fotoşəklindən həmin avtomobilin hansı markada və hansı nömrədə olduğu bilinmir. Sürücü buna görə də haqqında yazılan inzibati protokolun qanunsuz olduğunu hesab edib.
Məsələ ilə bağlı danışan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, avtomobilin fotoşəklinin protokolda aydın görünməməsi sürücünü məsuliyyətdən azad etmir: “Sürücü avtomobilin fotosuna daha aydın şəklinə “ASAN Xidmət”ə daxil olaraq şəxsi kabinetindən baxa bilər. Yəni, orada hansısa yanlışlıq olmasından söhbət gedə bilməz. Protokolda şəklin aydın görünməməsi printerdəki rənglə bağlıdır”.
Şöbə rəisi sözlərinə əlavə edir ki, sürücü əgər protokolla razılaşmırsa protokolun yazıldığı gündən sonra 10 gün müddətində vəsatət vermək hüququ var.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ













