Xocahəsən yolu işıqlandırılmır: vətəndaşlar təhlükə ilə üz-üzə - VİDEO

Xocahəsən yolunun hər iki tərəfində iaşə obyektləri və evlər yerləşir. Buna görə də sakinlər tez-tez bu yolu keçməyə məcbur olur. Amma yolun işıqlandırılmaması onları böyük təhlükə ilə üz üzə qoyur. Bir neçə gün əvvəl də bu yolda yük maşını piyada keçidindən yolu keçməyə çalışan 2 nəfəri vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib. Digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşidirilib. Sakinlərin sözlərinə görə, 2 il əvvəl yol boyu işıq dirəklərinin yerləşdirilməsi üçün beton qoyulub, elektrik xətləri çəkilsə də işlər yekunlaşdırılmayıb.
Məsələ ilə bağlı əlaqə saxladığımız "Azərişiq" Açıq Səhimdar Cəmiyyəti bu problemın onlara aidiyyəti olmadığını, cavabdeh qurumun Abşeron rayon İçra Hakimiyyəti olduğunu bildirdi. Abşeron rayon İcra Hakimiyyəti isə məsuliyyəti "Azəravtoyol"un üzərinə atdı. Sonuncu da öz növbəsində onların ancaq yolların təmirinə görə cavabdehlik daşıdıqları bildirdi. Beləcə, qurumlar məsuliyyəti bir-birlərinin üzərinə atmaqla kifayətləndilər.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












